Pirallahı rayonunda tibbi müayinə uğurla başa çatdı
Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Respublikamızın hər yerində olduğu kimi paytaxtın Pirallahı rayonunda da əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi fevral ayının 10-dan may ayının 1-dək davam etdirildi. Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aparılan işlər Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılırdı.
Müayinələrin keyfiyyətlə həyata keçirilməsi məqsədilə rayon ərazisindəki tibb ocaqlarında müvafiq şərait yaradılmışdır. 10 saylı Birləşmiş Şəhər Xəstəxanası, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanası və Neft Daşlarında yerləşən tibb məntəqəsi lazımı dərman preparatlarıyla, diaqnostik reaktivlər, flüoqrafik plyonkalar və kardioqrafik lentlərlə təchiz olunmuş, həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır.
Fevral ayının 10-dan başlayan aksiyada 13358 nəfər əhali tibbi müayinədən keçirilmişdir. Müayinələr nəticəsində 884 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 137 nəfər xəstə stasionar müalicəyə göndərilmiş, 95 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmişdir. İlkin mərhələdə aşkar olan xəstəliklər içərisində ürək qan-damar sistemi xəstəlikləri, qan və qan yaradıcı orqan sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri daha çox üstünlük təşkil edirdi.
Səyyar həkim briqadaları da hər gün müvafiq sahələr üzrə müayinələr aparmış, yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün ərazi icra strukturları da yaxından köməklik göstərmişlər.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyətinə, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri uğurla başa çatmışdır.
Əhalinin ümumi sayı,
nəfər
|
18 və
yuxarı yaşda əhalinin
sayı, nəfər
|
Tibbi müayinədən keçmişdir, nəfər
|
o cümlədən
|
|||
sağlamdır
|
ambulator müalicəyə cəlb olunmuşdur
|
stasionar müalicəyə cəlb edilmişdir
|
ixtisaslaşmış tibb müəssisəsinə göndərilmişdir
|
|||
20318
|
15653
|
13358
|
12242
|
884
|
137
|
95
|
Qeyd: Pirallahı rayonunda 2018-ci ildə əhalinin sayı 2014-cü illə müqayisədə 3,2% artmışdır. 18 yaşdan yuxarı, yəni tibbi müayinədən keçirilməli əhalinin sayı isə 9% artmışdır. Ötən illərlə müqayisədə 2018-ci ildə tibbi müayinədən keçən əhalinin sayında da artım olmuşdur ki, bu rəqəm 13% təşkil edir. Sağlam hesab edilən əhalinin sayı 2016-cı ilə nisbətdə cari ildə 24% artmışdır. Ambulator müalicəyə cəlb olunan əhalinin göstəriciləri 2016-ci illə müqayisədə bu il 51% artmışdır, stasionar müalicəyə cəlb olunan əhalinin sayında isə azalma olmuşdur ki, bu da 25% təşkil edir.
Təhlillərdən də göründüyü kimi Ölkə başçısının tapşırığına əsasən 2014-cü ildən təşkil olunan tibbi müayinələr digər bölgələrdə olduğu kimi Pirallahı rayonunda da uğurla həyata keçirilmişdir. 2018-ci ildə tibbi müayinədən keçənləri sayı 13358 nəfər təşkil etmişdir, bu da ötən illərlə müqayisədə 13% artım deməkdir ki, bu göstəricilər də tibbi müayinənin uğurla keçirilməsinin əyani sübutudur.