“Pirallahı adası yanalma körpüləri kompleksi”nin inşası sürətlə davam etdirilir
16 avqust 2013 | 10:00
“Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında görülsə də inşaatçılar artıq dəniz akvatoriyasında da layihənin icrasına start vermişlər. Belə ki, limanın dənizdəki bənd hissəsinin doldurulmasına başlanılmış və artıq dəniz bəndinin 20 metrlik hissəsi bud daşları və daş karxanasından daşınan torpaqla doldurulmuşdur. Eyni zamanda estakada tipli körpünün də 20 metrlik hissəsinin doldurulması yekunlaşmışdır və svayların vurulmasına hazırlıq işləri görülür. Digər bir sahədə ərazinin hündür yerləri qazılaraq torpağı çıxarılır, ərazinin hamarlanması işləri yerinə yetirilir. Yaxın vaxtlarda bu hissədə də damba tipli dalğaqıranın tikintisinə başlamaq nəzərdə tutulmuşdur. Ardınca burada da estakada tipli körpü inşa ediləcəkdir. Sahil zolağındakı işlərdən danışarkən qeyd edilməlidir ki, inzibati binanın bünövrə çalasının qazılmasından sonra hazırda kotlovanda bünövrənin karkası yığılır. Ərazidə artıq geniş bir tikinti şəhərciyi yaradılıb. Məqsəd “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün bütün tədbirlərin görülməsindən ibarətdir. Görüşüb həmsöhbət olduğumuz inşaatçılar yaradılmış əlverişli əmək və məişət şəraitinə görə razılıqlarını bildirdilər.
Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən aparılan əsaslı təmir işlərində, Betonzavodunun tikintisində, “Abad məhəllə-1”in birinci və ikinci binasının inşasında, məhəllələrdə daxili su xətlərinin yenidən çəkilməsində, kanalizasiya sisteminin yenidən qurulmasında, Süleyman Bağırov küçəsindəki gölün qurudulmasında, “Uşaq əyləncə parkı”nda, K.Rzayev küçəsində, 40-cı və 29-cu məhəllələrdəki “xeyir-şər evləri”ndə, 10 saylı BŞX-nın əsaslı təmirində, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.