Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda növbəti iməcilik keçirildi

19 may 2018 | 11:00
     Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində  silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində rayonumuz abad və yaşıllıqlarla zəngin bir guşəyə çevrilməkdədir. Rayonumuzda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Qəsəbənin mərkəzi yolboyu və ətraf ərazilər, yaşayış məhəllələri, dənizin sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək  abadlaşdırılır, yeni yaşıllıqlar salınır.
     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pirallahı rayonunda iməcilik aksiyası keçirildi. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları iştirak etdilər. Tədbir zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazidə abadlıq, səliqə-səhman işləri həyata keçirildi. Mövsüm ərzində bu ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
     Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonumuzda ümumilikdə 300000-dən artıq  müxtəlif  növ  ağaclar,  gül  və  kol  bitkiləri, o  cümlədən  Eldar  şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad)  əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Mərkəzi  yol  kənarlarına  qazon  örtüyünü  salınaraq  müxtəlif  landşaft  elementləri, təpələr  düzəldilmişdir.  Həmçinin  təpələr  üzərində  qaya  daşları   ilə  müxtəlif  kompozisiyalar  qurulmuşdur.
Keçidlər