Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı “uşaq parkı”nda müasir işıqlandırma sistemi quraşdırılıb

19 avqust 2013 | 10:00
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"  və “2009-2013-cü illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” sərəncamlara əsasən  ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır.
 Pirallahı qəsəbəsində  “Azəristiliktəchizat“ ASC tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər sırasında yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xətlərinin çəkilməsi, magistral və məhəlli istilik xətlərinin yenilənməsi daxildir. Adıçəkilən qurum tərəfinfən  40-cı məhəllədəki qazanxananın əsaslı təmir işləri başa çatmaq üzrədir. S.Bağirov küçəsində müasir tələblərə tam cavab verəcək binaların isidilməsi məqsədi ilə qazanxana və daimi su təminatı üçün anbar tikilir. Qəsəbədə 3 ədəd yeni qazanxana artıq yenidən qurulmaqdadır.
 “Uşaq əyləncə parkı”nın tikintisi davam edir. Parkın idman meydançasında süni ot örtüyün quraşdırılması yekunlaşmaq üzrədir. Bir neçə gün əvvəl isə “Uşaq əyləncə parkı”nda işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Qoyulmuş yeni işıq dirəkləri karroziyaya və antropogen təsirlərə davamlıdır və dizayn, həm də keyfiyyət baxımından seçilirlər.  Parkda ağaçların budanması işləri aparılıb.
Qala-Pirallahı magistral yollarının yenidən qurulması ilə əlaqədar işlər davam edir və artıq yolun 10 kilometrdən çox hissəsinə asfalt döşənmişdir.
Keçidlər