Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

14 iyun 2018 | 11:00
    13 iyun 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəsində və əfsanəvi Neft Daşlarında müqəddəs Ramazan bayramı münasibətilə rayon əhalisi, o cümlədən şəhid ailələri, Böyük Vətən Müharibəsi, Qarabağ müharibəsi, Çernobl əlilləri, imkansız ailələr, ağsaqqallar üçün 350 nəfərlik iftar süfrəsi verilib.
    İftar mərasimində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.
    İftar mərasimində çıxış edən RİH əməkdaşları Azərbaycan xalqının əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qaldığını, özünün adət-ənənələrini yaşatdığını qeyd ediblər. Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri olduğunu söyləyən natiqlər Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu,  Azərbaycanda təşkil olunan iftar süfrələrinin ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi olduğunu bildiriblər. Natiqlər mərasim iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib və  bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyiblər.
Keçidlər