Pirallahı rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirildi
21 avqust 2013 | 10:00
Avqustun 19-da Pirallahı rayon İcra Hakimiyyətinin Aparatında Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları, dövlət dilinin tətbiqi, o cümlədən, reklam qaydaları haqqında qanunvericilikdə nəzərdə tutulmuş məsələlərə ətraflı diqqət yetirildi.
Toplantıda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında Aparatın məsləhətçisi Mahir Qarayev Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq ölkəmizdə dövlət dilinin Azərbaycan dili olduğunu və öz dilimizin işlədilməsini dövlətçiliyimizin başlıca əlamətlərindən biri sayıldığını iştirakçılara xatırlatdı. Qeyd etdi ki, Respublikamızın ərazisində fəaliyyət göstərən nəinki dövlət və özəl müəssisələrlə, həmçinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar da qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının dövət dilində aparılır. M.Qarayev Pirallahı rayonunda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, o cümlədən idarə və müəssisələrin də daxili yazışmalarda dilin tələblərinə ciddi riayət etmələrinin, dövlət artibutlarımızından istifadə edərkən müəyyən olunmuş standartlara tam riayət etmələrinin vacibliyini iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, o cümlədən reklam və elanlarda dövlət dilindən istifadə olunduğunu xatırlatdı və bildirdi ki, bəzi hallarda fərdi sahibkarlar tərəfindən qanunvericiliyin tələbləri pozulur. “Belə olan halda aidiyyatı qurumlar həmin sahibkarlara qarşı ciddi cəza tədbirləri həyata keçirir. Bu cür qanun pozuntuları qətiyyən yolverilməzdir və buna qarşı müvafiq orqanlarla bərabər sıravi vətəndaşlar da mübarizə aparmalıdırlar”.
Görüşdə qeyd olunan məsələlə əlaqədar müxtəlif fikir və təkliflər səsləndirildi. Söz açılan nöqsanların aradan qaldırılması istiqamətində konkret tapşırıqlar verildi.