Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirilir
14 iyun 2018 | 11:00
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi 15 iyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə Çilov adasında yerləşən “28 May” NQÇİ-nin uşaq bağçasında tədbir keçirilmişdir.
Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Sonra Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən balaca fidanlara hədiyyələr təqdim olunmuşdur. Öz çıxışında T.İskəndərova “28 May” NQÇI-nin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.