Rayonumuzda abadlıq-quruculuq işləri davam etdirilir
22 iyun 2018 | 11:00
Azərbaycanın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Şəhər, kənd və qəsəbələr gündən-günə gözəlləşir. Bu baxımdan Bakının Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.
Pirallahı və Gürgən qəsəbələrində yaşayış binaların fasad hissələrinin yenilənməsi və dam örtüklərinin təmiri davam edir.
Pirallahı qəsəbəsində Səməd Vurğun küçəsində yerləşən doqquz mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.
Pirallahı rayonu Gürgən qəsəbəsində İlqar Məcidov küçəsində yerləşən və dam örtüyü yararsız vəziyyətdə olan 37 və 41 nömrəli iki mərtəbəli yaşayış evlərinin dam örtüyünün yenidən qurulması işləri aparılıb. Köhnə dam örtükləri sökülüb və əvəzində metal vərəqlərdən yeni dam örtüyü və yağış sularının axıdılması üçün navalçalar quraşdırılmışdır.