Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir

22 iyun 2018 | 11:00
     Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdindəki narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda “dəyirmi masa” keçirilib. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan fəal gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
      Tədbir zamanı Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının və 10 saylı Birləşmiş Şəhər Xəstəxananın əməkdaşları narkomaniyanın dəhşətli fəsadlarından danışmış, gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləmişlər. Narkomaniyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Sərəncam imzaladığını və bu sənəddən irəli gələn vəzifələrin daim diqqət mərkəzində olduğunu nəzərə çatdırıldı. Hazırda Pirallahı rayonunda qeydiyyatda olan narkotik vasitə istifadəçiləri arasında yeniyetmə və gənclərin olmadığı bildirilmişdir. Lakin buna baxmayaraq rayon gənclər və idman idarəsi tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməklə, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ardıcıl iş aparıldığının vacibliyi vurğulandı.
     Sonda mövzuya dair sənədli film nümayiş olundu və tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər