Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Kapitalbank”ın bankomatı istifadəyə verildi

23 avqust 2013 | 10:00
 Pirallahı rayonunda “Kapitalbank” istifadəçilərinin çoxluğunu nəzərə alaraq Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Pirallahı qəsəbəsində “Kapitalbank”ın yeni bankomatı istifadəyə verilmişdir. Bu hadisəni təhsil və tibb işçiləri, dövlət qulluqçuları və digər kateqoriyadan olan işçilər, pensiya və müavinət alanların bir qismi böyük razılıq hissi ilə qarşılamışlar. Çünki onların artıq maaş, təqaüd və müavinətləri almaq üçün uzaq məsafələr qət etməsinə ehtiyac qalmayacaqdır. 
 Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən aparılan əsaslı təmir işləri davam edir. 40-cı məhəllədəki qazanxana artıq təhvilə hazırdır. 28-ci məhəllədə yeni qazanxana inşa edilir, magistral xətlər çəkilir, qaynaq, qazıntı, izolə işləri sürətlə gedir. 29-cu məhəllədə kommunikasiyalar tikilir. S.Bağırov küçəsində də qazanxananın tikintisi davam edir. 
 29-cu məhəllədə eyni zamanda su-kanalizasiya sistemində tamamlama işləri görülür, küçə işıqları yenidən qurulur, səkilər düzülür, abadlaşdırma işlərinə digər hazırlıqlar gedir. Betonzavodunun tikintisində çınqıl anbarı quraşdırılır, beton elementlər qurulur. “Abad məhəllə-1”in birinci binasında işlər I mərtəbənin döşəməsinin betonlanmasına hazırlıq mərhələsindədir. İkinci binanın kürsü hissəsində tamamlama işləri görülür. Süleyman Bağırov küçəsindəki gölün qurudulması artıq son mərhələdədir. Məhəllələrdə daxili su xətlərinin yenidən çəkilməsi də tamamlanmaq üzrədir, kanalizasiya sisteminin yenidən qurulması isə sürətlə davam edir. “Şəhidlər abidəsi” kompleksinin yeni layihəsi üzrə işlər 168 və 235 N-li məktəblərin arasında yeni bordyurların düzülməsi ilə davam edir.
 K.Rzayev küçəsindəki “xeyir-şər evi”ndə dam örtüyü, 29-cu məhəllədə lambir vurulur, 40-cı məhəllədə suvaq işləri görülür. K.Rzayev küçəsindəki kölgəliyin inşası da tamamlanmaq üzrədir. Pirallahı Polis Şöbəsi binasının bünövrəsi qazılır, RİH-in binasının layihə-smeta sənədlərinin hazırlanması yekun mərhələdədir. MKTB-nin bazasında dülgər və qaynaq sexlərinin dam örtüyü vurulur, çilingər sexində isə çatı dəyişdirilir. “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində, 10 saylı BŞX-nın əsaslı təmirində, “Uşaq əyləncə parkı”nda, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.
Keçidlər