Pirallahı rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi
13 iyul 2018 | 11:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin 6 ayı ərzində qazanılan uğurlar 13 iyul tarixində Pirallahı Rayon İcra Hakimiyyətində keçirilmiş 2018-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər.
İlk əvvəl tədbir iştirakçıları iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncədə asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun xatirələrini bir dəqiqəlik sükütla yad etdilər.
Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq iyulun 8-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2018-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini nəzərə çatdırdı. Natiq Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da yola saldığımız il ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırdı. Son beş ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verdi.
Vasif İmanov çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S. Vurğun küçəsində ümumi mənzillərin sayı 114 olan ikisi 6, biri 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının inşası davam etdirilmişdir. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binalarda tikinti işləri davam etdirilir.
S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış ərazi inşaat hasarına alınmış, inzibati mərkəzdə YAP Gənclər evinin inşasına başlanılmışdır.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yeni yanacaqdoldurma məntəqəsinin inşası tamamlanmışdır.
Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.
Heydər Əliyev mərkəzi park kompleksində işlər davam etdirilmişdir. Parkda fəvvarənin quraşdırılması və giriş hissəsində sütunların ağlay daşı ilə üzlənməsi işləri aparılır. Fəvvarənin mərkəzində metal konstruksiyadan dekorativ qayıq quraşdırılmışdır. Layihəyə uyğun olaraq inşa olunan kafenin dam örtüyünün vurulması işləri aparılmışdır. Parkda piyada yollarının tikintisi davam etdirilmiş və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılmışdır.
S. Vurğun küçəsində yerləşən idman meydançasında şaquli planlaşdırma və torpaq tökülərək kipləşdirmə işləri aparılmış, asfalt örtüyü vurulmuşdur.
Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlərinə başlanılmışdır. Hazırda məktəbin idman zalı, soyunub-geyinmə otaqları və digər otaqların təmiri aparılır. Həmçinin həyətdə yerləşən futbol meydançasının da təmirinə başlanılmışdır. Məktəb hasarının divarlarında suvaq işləri yerinə yetirilmiş, dəmir barmaqlıqlar parlaq qara rəng ilə rənglənmiş, xarici fasad sulu emulsiya ilə boyanmış, daxili divar isə əhəng məhlulu ilə ağardılmış, həyətdə mövcud asfalt örtüyü bərpa olunmuş, səki bardürləri quraşdırılmış və digər abadlıq işləri yerinə yetirilmişdir. Hazırda işlər davam etdirilir. Bundan əlavə idman zalının zəruri müasir tipli idman avadanlıqları ilə təchiz olunması nəzərdə tutulmuşdur.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir.
Pirallahı rayonun Səməd Vurğun küçəsində sənaye zonası adlanan ərazidə ayrılmış 0.80 ha sahədə məhsuldarlığı 50 ton/saat olan ДС - 158 markalı Asfalt-beton zavodunun quraşdırılması işləri tamamlanmış və istismara verilmişdir.
“Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermalarının tikinti-quraşdırma işləri davam etdirilmişdir. Metal konstruksiyaların quraşdırılması işləri aparılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 m2, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, hesabat dövrü 2500-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır. Turizmin inkişaf perspektivlərinə toxunan natiq qeyd etdi ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.
Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Çıxışın sonunda V.İmanov diqqətə çatdırdı ki, Pirallahı sakinlərinin öz soykökünə bağlılığı və demokratik dəyərlərə sadiqliyi, o cümlədən rayonumuzda görülən işlər onu deməyə əsas verir ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş 2018-ci ilin qalan dövrü Pirallahı rayonunda uğurla başa vurulacaqdır.
Hesabat ətrafında çıxış edən DSMF-nun Pirallahı rayon şöbəsinin müdiri Xançoban Dəmirov, CMS Properties şirkətinin direktoru Eyvaz Eyvazov, Şprits zavodunun təsisçisi Aytən Quliyeva və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.
Sonda rayonun ictimai həyatında və sosial-iqtisadi inkişafında fəal iştirak edən bir qrup şəxs Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edildi.