Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
20 iyul 2018 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevrilən doğma Bakımız günü-gündən böyüyür və gözəlləşir. Şəhərimizin gələcək inkişaf perspektivlərini nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində yeni, on ikinci rayon yaradıldı. Rayonun yaradılması ilə əhalinin sosial rifah hallının yaxşılaşdırılması, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, geniş quruculuq və abadlıq işləri, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, turizmin inkişafı istiqamətində işlərə start verildi.
2017-ci ilin may ayının 11-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpünün və yeni çəkilmiş yolun açılışında iştirak etdilər, həmçinin rayon mərkəzində aparılan yenidənqurma işləri ilə tanış oldular. 21 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda bir sıra obyektlərin , o cümlədən Pirallahı Günəş Elektrik stansiyanın və “Nərəkənd” balıqyetişdirmə kompleksində fermalarının təməlqoyma mərasimində iştirak etdi. Prezident İlham Əliyevin qısa bir müddət ərzində 2 dəfə Pirallahıya səfər etməsi dövlət başçısının rayona göstərdiyi böyük qayğının nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı “Sənaye parkı”nda tikinti işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 28 ədəd yeni çoxmənzilli binaların tikintisi davam etdirilir. Ölkə başçısının sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binalarda da tikinti işləri davam etdirilir.
Pirallahı rayonunda Nümunəvi həyətlər layihəsi çərçivəsində aparılan işlər günün tələbləri səviyyəsində davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlamışdır. Ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu ilin sonuna kimi dörd min məcburi köçkün ailəsinin yeni evlərlə təmin olunacağını vurğulamışdır. Artıq Pirallahı rayonunda da 300 məcburi köçkün ailəsi üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə start verilmişdir. Burada üç 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi nəzərdə tutulub.
S.Vurğun küçəsində 3 hektar ərazidə inşa olunacaq məhəllədə ilkin hazırlıq işləri görülür. Hazırda təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür, ərazi inşaat hasara alınır. Tezliklə tikinti işlərinə start veriləcək.