Şriftin ölçüsü :

Saytın rəngi :

Betonzavodda istehsal avadanlıqlarının qurulmasına başlanıb

25 avqust 2013 | 10:00
 Pirallahı rayonunda fəaliyyətə başlamaq üzrə olan müəssisələrdən biri də yeni qurulan və müasir avadanlıqlarla təchiz edilən, istehsal prosesinin tam avtomatlaşdırılacağı betonzavoddur. Ərazisi 1 hektardan artıq olan müəssisəyə sifariş olunmuş avadanlıqlar artıq  bura çatdırılıb. Zavodda bu gün Türkiyənin “Krismak” şirkətinin istehsalı olan beton mikseri və iki çənin quraşdırılırmasına başlanıb. İstehsal gücü saatda 90 kub beton təşkil edəcək. Zavodda10-dan artıq işçi calışacaq, bu da Pirallahı qəsəbəsində işsizlik probleminin həllinə qismən də olsa öz müsbət təsirini göstərəcək. 10-a yaxın markada beton istehsal edə biləcək müəssisədə istehsalın keyfiyyətinə tam nəzarət etmək üçün müasir labaratoriya da yaradılır. Müəssisədə həmçinin digər belə müəssisələr üçün ciddi problemə çevrilmiş çox isti və çox soyuq hava şəraitində normal  istehsal prosesini davam etdirmək üçün  lazımi addımlar atılıb. Belə ki, zavodda texnoloji məqsədlər üçün istifadə olunan su tələb olunan stabil tempraturda saxlanılacaq. Doldurucular isə donma və qızma hallarından xüsusi qurğular vasitəsilə qorunacaq. Zavod ekoloji təmiz istehsal prosesinə malik olduğu üçün buradan ətraf mühitə heç bir zərərli tullantılar atılmayacaq.
Keçidlər