Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi
24 iyul 2018 | 11:00
23 iyul 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Qəbulu Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Daha sonra görüşdə iştirak edən sakinlər – Əmiri Şüküfə, Abdullayeva Səbirə, Hüseynzadə Elnarə, Nurəhmədova Sona, Səfiyev Famil və digərləri çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Suallar əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, evlərin təmiri, işlə təmin olunma, ət kəsimi yerlərinin təmizliyi və digər məsələləri əhatə etmişdir.
Sonda Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.