Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda kütləvi dezinfeksiya işləri aparılır

25 iyul 2018 | 11:00
    Pirallahı rayonunda həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin reallaşdırılması önəmli yer tutur.
    İsti yay günlərinin başlaması ilə əlaqədar infeksion xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq, Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı şəhər dezinfeksiya stansiyasının birgə təşkilatçılığı ilə iyulun 25-də Pirallahı qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə dezinfeksiya işləri görülür. Həmçinin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
    Kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 10 işçisi cəlb edilmişdir.
   Görülən bütün işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirlərinin təkmilləşdirilməsi barədə əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır.
    Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl edilib.
 
 
Keçidlər