Pirallahıda Ümumdünya Hepatit Gününə həsr edilmiş tədbir keçirilib
27 iyul 2018 | 11:00
27 iyul 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 28 İyul - Ümumdünya Hepatitlə mübarizə Gününə həsr olunmuş “ İtirilmiş milyonları tapaq” şüarı adı altında tədbir keçirildi. Tədbirdə Azərbaycan TB-Koalisiyası, “İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi” və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq hər 12 nəfərdən birinin xroniki yoluxması ilə epidemiyanın artma miqyasını, hər il dünyada bu xəstəliyə yoluxmuş 130-170 milyon insan qaraciyər serrozu və qaraciyər xərçəngi kimi xəstəliklərə yaxalanma riski və bu xəstəliyin qarşısının alınması və müalicəsi sahəsindəki nailiyyətləri nəzərə alaraq, 2010-cu ildə WHA63.18 saylı Qərar qəbul etmiş və bu Qərar hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırmış və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva keçirilən tədbirin önəmindən danışaraq, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, Azərbaycanda da bu infeksiyalarla bağlı vəziyyətin dünyada mövcud vəziyyətdən o qədər də fərqlənmədiyini bildirib. Səhiyyə Nazirliyinin 5 iyun 2014-cü il tarixli əmrinə əsasən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bu qurumun üzərinə ölkəmizdə bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, bu sahədə problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələr qoyulub.
Tədbir daha sonra seminarla davam edib. AzQAC-ın "İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin rəhbəri Ziba Nəbiyeva, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi İsmayıl İsmayılzadə Ümumdünya Səhiyyə Təşkilatının "28 İyul -Ümumdünya Hepatit Günü” ilə əlaqədar hazırlanmış geniş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. "İtirilmiş milyonları tapaq” şüarı altında keçirilən tədbirdə hepatitləri törədən viruslar (A, B, C, D vəd.), xroniki hepatit xəstəliyinin qara ciyər serrozu, qara ciyərin xərçəngi və qara ciyər çatışmazlığı kimi vəziyyətlərlə nəticələnməsini, virus B cə C tək tibbi müayinə zamanı deyil, eləcə də cinsi əlaqələr, eyni tibbi ləvazimatlardan istifadə və qan köçürmə zamanı yoluxmaq mümkünlüyü barədə təqdim edilən məlumatlar diqqətə çatdırılıb. Bununla bağlı tədbir iştirakçılara vaxtında müayinənin vacib olduğunu və müalicə proqramına mütəxəssislər tərəfindən cəlb olunması məqamlarını xüsusi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.