Rayonumuzda tikinti-quruculuq işləri davam etdirilir
04 avqust 2018 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında və qəzalı vəziyyətdə olan 297 ədəd yaşayış binasının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 28 ədəd yeni çoxmənzilli binada tikinti işləri davam etdirilir.
Hal-hazırda Pirallahı rayon S. Vurğun küçəsində ümumi mənzillərin sayı 114 olan ikisi 6, biri 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının inşası davam etdirilir. Yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidə şaquli planlaşdırma işləri aparılmışdır. Artıq 6 mərtəbəli binaların mansard mərtəbələrində dəmir-beton konstruksiyaların quraşdırılması işləri aparılır. 9 mərtəbəli binada da dəmir-beton karkasın quraşdırılması işləri yerinə yetirilir. Mərtəbələrdə hörgü işləri aparılır. Növbəti mərhələdə inşa olunacaq 6 ədəd yaşayış binasının bünövrə çalalarının qazılması işlərinə başlanılmışdır.