Pirallahı rayonunda təhsilin keyfiyyət göstəriciləri ilbəil artmaqdadır
16 avqust 2018 | 11:00
Təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Təhsili millətin gələcəyi adlandıran ümummilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında harmoniyanı təmin etməkdir.”
Son illər Pirallahı rayonunun təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.
Ötən dövr ərzində rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. 2017-2018-ci tədris ili ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.
Birmənalı olaraq vurğulamaq olar ki, “hər kəs üçün məktəb, daim inkişafda olan canlı orqanizmdir” fikri Pirallahıda təhsil alan şagirdlərin timsalında özünü ideyadan tətbiqə keçid formasında tam ifadə edir.
Rayonda 6 tam orta ümumtəhsil məktəbi yerləşir. Bu məktəblərdə 2660 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 241 müəllim məşğul olur.
2017-2018-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 9 azərbaycan, 2 rus sektoru olmaqla 178 nəfər orta məktəbi bitirmiş, onlardan 130 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmişdir. 6 nəfər 600-dən çox, 15 nəfər 500-dən çox bal toplamışdır.
Son illər şagirdlərin topladıqları maksimum ballar, o cümlədən təhsildə fərqləndikləri üçün əldə etdikləri nailiyyətlər rayonda təhsilin yüksək səviyyədə tədrisi ilə xarakterizə olunur. Sevindirici haldır ki, Pirallahı rayonunda təhsil bir neçə ildir ki, ən yaxşı göstəricilərinə görə respublika üzrə ilk sıralarda yer alıb.