Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

22 avqust 2018 | 11:00

Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanıldı


      Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. Bayram günlərində hər bir imkanlı müsəlman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
     Pirallahı rayonunda da Müqəddəs Qurban bayramı münasibətilə ilə 250 aztəminatlı, əlilliyi olan şəxslərə, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı təqdim olundu. Rayonun Pirallahı, Gürgən, Çilov və Neft Daşları qəsəbələrində bayramla bağlı keçirilən mərasimlərdə qurbanlar kəsilərək paylanıldı.
    Pirallahı qəsəbəsində keçirilən mərasimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri İsmayıl Əliyev və Anara Hacıbəyli, Yap Pirallahı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər, bu cür xeyriyyə aksiyalarının məqsədinin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlilliyi olan şəxslərə6, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarət olduğunu diqqətə çatdırdılar.
       Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və  rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
 
 
 
 
 
 
Keçidlər