Şriftin ölçüsü :

Saytın rəngi :

DSMF Pirallahı rayon şöbəsinin inzibatı binasının layihəsi hazırlanıb

27 avqust 2013 | 10:00
 Son illərdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı nəticəsində bütün bölgələrdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması göz qabağındadır. Pirallahı rayonunun mərkəzi olan Pirallahı qəsəbəsində də vacib infrastrukturun, inzibatı mərkəzin yaradılması, hərtərəfli abadlıq işlərinin aparılmasının nəticəsi olaraq bu yaşayış məntəqəsinin Bakının ən gözəl qəsəbələrindən birinə cevrilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur.
Sözü gedən inzibati mərkəzdə işlərə iyul ayından start verilib. Ümumi sahəsi 20 hektar olan inzibati mərkəzdə sakinlərin istirahət etməsi üçün geniş parkın salınması da nəzərdə tutulub.
 Artıq Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin inzibati binasının layihələndirmə işi başa çatdırılıb. İnzibati bina 2 mərtəbədən ibarət olacaqdır. Yeni binanın Pirallahı rayonunun inzibati mərkəzinə çevriləcək S.Vurğun küçəsində yerləşməsi nəzərdə tutulmuşdur. Binanın tikintisini “Ayan” Y.İ MMC inşaat şirkəti həyata keçirəcəkdir. Sahəsi 600 kvadratmetr olacaq yeni inzibati binanın yaxın vaxtlarda təməlqoyma mərasimi keçiriləcəkdir. Müasir memarlıq üslubunda inşa olunacaq bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir. Hündürlüyi 9 metr olacaq ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz ediləcəkdir. Binanın interyerinin yüksək zövqlə tərtib olunması, otaqların hamısının müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulmuşdur.
 Yeri gəlmişkən qeyd edək ki, inzibati mərkəzdə tikiləcək RİH-in binasının layihə-smeta sənədlərinin işlənməsi də yekun mərhələdədir. Rayon Polis Şöbəsinin binasının isə artıq bünövrəsi qazılmaqdadır. Bu günlər Pirallahı Betonzavodunun tikintisi də xeyli sürətlənib. Süleyman Bağırov küçəsindəki “Abad məhəllə-1”in iki binasında tikinti davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su kanalizasiya xətlərinin yenidən çəkilməsi prosesi sürətlənib. “Azəristilik” birliyi tərəfindən qazanxanaların əsaslı təmiri davam edir. “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının süni yaşıl qazonun döşənməsinə hazırlıq işləri görülür.
 “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində, 10 saylı BŞX-nın əsaslı təmirində, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.
Keçidlər