Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi
27 avqust 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, rayon idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Tədbirə gələnləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və bu istiqamətdə Pirallahı qəsəbəsində aparılan işlərlə bağlı ətraflı məlumat verdi.
Daha sonra görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.