Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “SOCAR” brendi altında yanacaqdoldurma məntəqəsi açıldı

30 avqust 2018 | 11:00
    Pirallahı rayonunda “SOCAR” brendi adı altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov, müavinlər İsmayıl Əliyev, Anara Hacıbəyli, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov və digər qonaqlar iştirak ediblər.
     Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov “SOCAR Petroleum” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar diləyib. Natiq bildirdi ki, Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. V.Səfixanov dövlət proqramları çərçivəsində rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verdi, yeni müəssisələrin istifadəyə verilməsini, yeni iş yerlərinin yaradılmasının önəmini vurğuladı. Qeyd edildi ki, məntəqənin işə düşməsi ilə rayonda yanacağa olan tələbat tam ödəniləcəkdir. YDM-ə isə əsasən yerli sakinlərin götürülməsini diqqətə çatdıran V.Səfixanov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.
     Daha sonra “SOCAR Petroleum” QSC-nin baş direktoru T.Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı və ən son model Yaponiya texnologiyaları olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib.  T.Seyidov diqqətə çatdırdı ki,  “Premium”, “Ai-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Diqqətə çatdırıldı ki, bu məntəqədə 20 nəfərə yaxın işçi çalışacaqdır.
 
 
 
 
 
 
Keçidlər