Rayonumuzda “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
04 sentyabr 2018 | 11:00
Ölkəmizdə hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir. Bu aylıq çərçivəsində respublikanın bütün regionlarında, ö cümlədən Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər təşkil edilir.
04 sentyabr 2018-ci il tarixdə 4 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzində “Mən sülh elçisiyəm” mövzusunda rəsm sərgisi açıldı. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlahə Qaragözlü əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin o, çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. İ.Qaragözlü bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, sülhsevər xarici siyasət kursunun əsas prioritet istiqamətini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.
Sərgidə nümayiş etdirilən əsərlər arasında “Sülh”, “Ailə səadəti”, “Sülhün carçısı olan göyərçinlər” və s. mövzulardakı əl işləri diqqəti daha çox cəlb etdi.