Məktəblilərimiz Bakı Kitab Mərkəzinə ekskursiya ediblər
13 sentyabr 2018 | 11:00
15 sentyabr - Bilik Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayon məktəblilərinin Bakı Kitab Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyada Pirallahı rayonunda fəaliyyət göstərən 168, 186, 235, 231 və 243 №-li tam orta məktəblərin 20 nəfərdən ibarət şagird və müəllim heyəti iştirak etmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə etmək kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən diqqət yetirildiyini deyən Mərkəzin əməkdaşları ekskursiya çərçivəsində məktəblilərə Bakı Kitab Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində iştirakçılara Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər nümayiş olunub. Məktəblilər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında məlumatlar alaraq, burada yerləşən oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələri ilə yaxından tanış olmuşlar.
Bakı Kitab Mərkəzinin qonağı olan məktəblilər müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsulları ilə yanaşı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkanlarla da tanış olublar. Sonda iştirakçılar burada yerləşən “Coffeemood” adlı kafedə istirahət edərək Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış olmuşlar.