“Uşaq əyləncə parkı”nda müasir kölgəliklər qurulub
30 avqust 2013 | 10:00
Son günlər Pirallahı rayonunda işlərin intensivliyi yenidən 29-cu məhəlləyə keçmişdir. Burada su və kanalizasiya sistemləri yenidən qurulmuş, magistral xətlər çəkilmiş, istilik sisteminin və küçə işıqlandırılmasının bərpası istiqamətində əsaslı yenidənqurma işləri aprılır. Bu gün “Bakıelektrikşəbəkə” ASC tərəfindən binaların qidalandırıcı hava elektrik xətlərinin yerin altına keçirilməsi prosesinə də start veriləcəkdir. 29-cu məhəllədə, eləcə də K.Rzayev küçəsində və 40-cı məhəllədəki “xeyir-şər evləri”ndə əsaslı təmir və yenidənqurma işləri də intensiv xarakter almışdır.
Pirallahının kiçik yaşlı sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün “Uşaq əyləncə parkı”nda futbol meydançasının tikintisi başa çatmaqdadır, asfalt örtük vurulub, süni qazonun döşənməsinə hazırlıq gedir. Parkda qoyulmuş yeni işıq dirəkləri dizayn və keyfiyyət baxımından seçilir, tamet plitələr döşənib, əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması işləri də davam edir.
Süleyman Bağırov küçəsindəki “Abad məhəllə-1”in iki binasında tikinti davam edir. Birinci binanın ilk mərtəbəsinin inşası gedir. İkinci bir bloklu 10 mənzilli binanın bünövrəsi artıq hazırdır. Yaxınlıqdakı çirkab mənbəyi olan gölün qurudulması işləri başa çatmaqdadır. Bundan əlavə İnzibati mərkəzin ərazisinə bitişik başqa bir gölün suyu bir güclü nasos vasitəsilə kənara vurularaq göl qurudulmuş, indi ərazinin torpaqla doldurulması prosesi gedir. İnzibati mərkəzdə Polis şöbəsinin binasının bünövrə çalası qazılıb, betonlama işləri gedir.
Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən aparılan əsaslı təmir işləri də davam edir. 28-ci məhəllədə və S.Bağırov küçəsində yeni qazanxanalar inşa edilir, magistral xətlər çəkilir, qaynaq, qazıntı, izolə işləri sürətlə gedir. 28 və 29-cu məhəllələrdə magistral istilik xətləri çəkilmiş, hidravlik yoxlamadan keçirilərək istismara hazır vəziyyətə gətirilmişdir. Məhəllələrdə daxili su xətlərinin yenidən çəkilməsi prosesi də gedir. İşlər K.Rzayev küçəsində, 40-cı və 28-ci məhəllələrdə davam edir. 39-cu məhəllədə və İdman kompleksinin arxasında da magistral su və kanalizasiya xətləri çəkilir.
Bu günlər Pirallahı Beton zavodunda işlər xeyli sürətlənib. Lazımi avadanlıqlar əraziyə gətirilib, sexlərin beton konstruksiyaları qurulub, avadanlıqların montaj işlərinə hazırlıq gedir. Eyni zamanda qəsəbə daxilində abadlıq işləri də görülür, ağaclar budanır, yol boyu aqrotexniki işlər yerinə yetirilir, yaşıllıqlar salınır, torpaq örtüyü möhkəmləndirilir. Qəsəbədəki son dayanacağın yeri dəyişdirilərək sərnişinlər üçün daha əlverişli yerə keçirilmişdir. Sakinlərin müraciətini nəzərə alaraq 150 N-li marşrutun son dayanacağının S.Vurğun küçəsindəki 9-mərtəbəli binanın yanına qədər uzadılması istiqamətində də işlər davam edir.