Rayonun ərazi Mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi
25 sentyabr 2018 | 11:00
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2018-ci il 31 yanvar tarixli 03 nömrəli sərəncamına əsasən 25 sentyabr 2018-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısında Pirallahı rayonunun ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirildi. “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyanın sədri Vəzir Səfixanov, FHN-nin Xəzər rayon Fövqəladə Hallar və Mülkü müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, Bakı Regional Mərkəzinin mülkü müdafiə idarəsi əhalinin xəbərdarlığa təşkili şöbəsinin baş zabiti-kapitan Aydın Süleymanov, RİH Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyanın üzvləri, Mülki müdafiə xidmətlərinin və Mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon FHK-nın sədri Vəzir Səfixanov saat 10:00-da İcra Hakimiyyətinin məsul növbətçisinə zərfi verdi, məsul növbətçi zərfi açıb Şimşək – 111 siqnalını Pirallahı EATS 457-nin (Rabitə və Xəbərdarlıq xidməti) növbətçisinə ötürdü və rayonun mülki müdafiə qüvvələrinin rəhbərlərinə çatdırılması göstərişi verildi. Rabitə və Xəbərdarlıq xidmətinin növbətçisi məlumatı xidmət rəisinə çatdırdı və 5 dəqiqə ərzində Şimşək – 111 siqnalı bütün aidiyyəti mülki müdafiə qüvvələrinin rəhbərlərinə çatdırıldı.
Siqnalı alan mülki müdafiə xidmətləri və mülki müdafiə dəstələri öz daimi dislokasiya yerlərindən aşağıdakı tərkibdə Pirallahı rayonu Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısına yürüşə başladılar:
1.Xilasetmə dəstəsi – 25 nəfər - “Abşeronneft” NQÇİ-nin tərkibində;
2.Kəşfiyyat qrupu-10 nəfər-Bakı 9 nömrəli Yol İstisamrı MMC-nin idarəsinin tərkibində;
3.İkin həkim yardım dəstəsi-25 nəfər:
-22 nəfər -10 saylı Birləşmiş şəhər xəstəxanasının tərkibində;
-3 nəfər, 1 təcili yardım maşını-18 saylı Köməkçi yardım stansiyasının tərkibində.
4.Epidemik kəşfiyyat qrupu-3 nəfər -Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibində;
5.Yanğınsöndürmə komandası-8 nəfər – 51 saylı Hərbiləşdirilmiş Yanğın hissəsinin tərkibində;
6.İctimai asayişin təhlükəsizlik komandası-10 nəfər -Rayon Polis Şöbəsinin tərkibində;
7.Əhalinin və yüklərin daşınması üçün avtonəqliyyat dəstəsi-17 nəfər- 5 saylı Texnoloji Nəqliyyat departamentinin tərkibində;
8.Elektrik qəza qrupu-5 nəfər-Zirə Enerji Təchizatı və Satışı İdarəsinin tərkibində;
9.Su və kanalizasiya xətlərinin qəza-bərpa qrupu-7 nəfər “Azərsu” ASC-nin Pirallahı rayon Su-kanal İdarəsinin tərkibində;
10.Rabitə manqası- 4 nəfər -Pirallahı EATS-457-nin tərkibində;
11.Sığınacaq və daldalanacaqlara xidmət dəstəsi-15 nəfər -Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin tərkibində
25 sentyabr 2018-ci il tarixdə saat 10:19-da verilmiş toplanış siqnalı ilə yuxarıda göstərilən mülki müdafiə qüvvələrinin şəxsi heyəti tam tərkibdə əmlak, avadanlıqlar və texnikaları ilə birlikdə Pirallahı rayonu Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısında toplandılar. Toplanmış şəxsi heyətin siyahı üzrə komplektləşdirilməsi, MM əmlakı ilə təmin olunması yoxlanılmışdır. Cəlb olunan şəxsi heyətin funksional vəzifələri dəqiqləşdirilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon FHK-nın sədri Vəzir Səfixanov toplanış məntəqəsinə gəldikdə Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi kapitan Vüsal Fətullayev şəxsi heyətin toplanması (144 nəfər şəxsi heyət və 28 texnika) haqqında raport verdi və Rayon Fövqəladə Hallar Komissiyasının sədri hər bir xidmətə yaxınlaşaraq həmin xidmətlərin rəisləri və komandirləri, şəxsi heyətin tərkibi və cəlb olunan texnika və avadanlıqlar haqqında məruzə etdilər.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov tədbir iştirakçılarına rayon ərazisində baş verə biləcək fövqəladə hadisələr zamanı dərhal müəyyən vaxt ərzində toplanması, hadisə yerinə cəlb olunması və görüləcək işləri bir daha məşq iştirakçılarının nəzərinə çatdırdı, onlara bu tədbirdə fəal iştirak etdikləri üçün təşəkkür edərək şəxsi heyətə öz iş yerlərinə qayıtmasını göstəriş verdi. MM xidmətləri və qüvvələrinin komandir-rəis heyəti İcra Hakimiyyətində keçiriləcək yekun toplantıya dəvət edildilər.
Yekun toplantında Vəzir Səfixanova xidmət rəisləri siqnalı aldıqdan sonrakı fəaliyyətini, məşq zamanı yürüş etdiyi istiqaməti məruzə etdilər, sonda Rayon Fövqəladə Hallar Komissiyasının sədri mülki müdafiənin önəmindən, rayonda bu tədbirlərin daim keçirilməsindən, vacibliyindən danışdı və tədbirin yüksək səviyyədə təşkil olunub keçirildiyini qeyd edərək Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşlarına və digər xidmət rəislərinin məşqdə fəal və operativ iştirak etdikləri üçün təşəkkür etdi.