Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi öz humanitar missiyasını davam etdirir
13 dekabr 2022 | 14:36
Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Pirallahı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir.
Dekabr ayında AzQAC-ın Pirallahı rayon bölməsi tərəfindən bölmənin qeydiyyatında olan aztəminatlı şəxslərə ərzaq bağlamaları paylanılıb.
Bundan əlavə, Birinci Qarabağ müharibəsi qazisi İlqar Hacıyev bir müddət əvvəl əlil arabası üçün müraciət etmişdir. Qısa bir müddət ərzində müraciət nəzərə alınaraq əlil arabası İlqar Hacıyevə təqdim edilmişdir.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən ailələr dövlətimizin qayğısını daim hiss etdiyini xüsusi vurğulamışlar.