Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələr daim diqqət mərkəzindədir

29 sentyabr 2022 | 16:56

    29 sentyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin nümayəndələri ilə birlikdə rayon ərazisində yaşayan aztəminatlı ailələri ziyarət etmiş, onların sosial problemləri və məişət qayğıları ilə maraqlanmışdır. Görüş zamanı qeyd olunmuşdur ki, ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş inkişaf, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, hər bir vətəndaşımızın daha da yaxşı yaşamasına stimul verir.

  Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən ailələr dövlətimizin qayğısını daim hiss etdiyini xüsusi vurğulamışdır.

       

Keçidlər