Aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir
08 iyul 2022 | 12:30
Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 13 iyul 2022-ci il tarixində Milli Məclisin deputatı Rauf Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
Bununla əlaqədar 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər üçün aksiyanın məkan və zamanı aşağıda qeyd edilmişdir:
Tarix: 13 iyul 2022-ci il, saat 12:00;
Məkan: Pirallahı rayon Gənclər Evi;
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).