Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilmişdir

28 noyabr 2022 | 17:32

       Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesinin başa çatması ilə əlaqədar 28.11.2022-ci il tarixdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilmişdir. İctimai şuraya vətəndaş cəmiyyəti institutları tərəfindən 9 namizəd irəli sürülmüş və komissiya tərəfindən qeydə alınmışdır. İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət 27 nəfər tərəfindən seçilmişdir. Keçirilmiş seçkinin nəticəsində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibinə  aşağıda adları qeyd olunan şəxslər seçilmişlər.

 

SS

Üzvün soyadı, adı,

atasının adı

Təmsil etdiyi vətəndaş cəmiyyəti institutu

1

Kərimov Əli Kərəm oğlu

Azərbaycan Ağsaqqallar Şurası Bakı şəhəri Pirallahı rayon Ağsaqqallar Şurası

2

Mustafayev Oruc Süleyman oğlu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bakı şəhəri Pirallahı rayon filialı

3

İskəndərova Təranə Natik qızı

Qızıl Aypara Cəmiyyətinin Bakı şəhəri Pirallahı rayon bölməsi

4

Mahmudov Ramil Hidayət oğlu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

“Bakı 9 saylı Yol İstismarı”  MMC-nin Həmkərlar İttifaqı Təşkilatı

5

Səfiyev Famil Məhəmməd oğlu

Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Bakı şəhəri Pirallahı Rayon Filialı

Keçidlər