Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində yoxsulluğun səviyyəsi xeyli aşağı salınmış, gender zorakılığı, riskli ailələrin müəyyən edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi, onlara müvafiq yardımların göstərilməsi və qarşısının alınması sahəsində bir çox uğurlar əldə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq gender bərabərliyinin təmin edilməsi, gender və məişət əsaslı zorakılıqla mübarizə rayon İcra Hakimiyyətinin də daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq digər tədbirlər ilə yanaşı cari il ərzində də ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda gender və məişət məsələləri üzrə tədbirlər keçirilmişdir.
Şəxslərin, gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağının artırılmasına, onların sağlam həyat tərzinə cəlb etdirilməsinə, antinarkotik dünyagörüşünün formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, vətənpərvərlik ruhunda tərbiyəsinə də diqqət artırılmış və bu sahədə də müvafiq tədbirlər və idman yarışları, turnirlər həyata keçirilmişdir.
Tədbirlərdə rayon İcra Hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir. Həmçinin tədbirlər zamanı mövzu ilə bağlı müzakirələrin, izahat və təbliğat işlərinin aparılması, əhatəli şəkildə çıxışların edilməsi, video çarxların nümayiş olunması, iştirakçıların suallarının cavablandırılması, rəsm sərgilərinin nümayişi və digər tədbirlərin görülməsi də təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin internet və sosial şəbəkə səhifələrində görülmüş işlər, keçirilmiş tədbirlər və digər məlumatlar işıqlandırılmışdır.
Məişət zorakılığı nədir? Ümumilikdə zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Göründüyü kimi, “Məişət zorakılığının yanlız qadınların deyil, həmçinin digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılığa məruz qalması deməkdir.
Məişət zorakılığının formaları hansılardır? Məişət zoraklığının əsasən fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur. Məişət zəminində fiziki zorakılıq –birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasınlar. Məişət zəminində psixi zorakılıq –birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi –birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaranmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində cinsi zorakılıq –birirnin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Mühafizə orderi nədir? Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Məişət və gender əsaslı zorakılıqla mübarizə istiqamətində əhali arasında maarifləndirmə işləri məqsədilə Pirallahı rayonunda informasiya bülletenləri əhali arasında yayılmış və məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sakinlərdən 11 hərəkətlərdən hansının məişət zorakılığı kimi qiymətləndirdikləri barədə sorğu keçirilmişdir. Eyni zamanda vətəndaşlar üçün məişət zorakılığı barədə məlumatlar və sorğular rayon İcra Hakimiyyətinin internet səhifəsində elanlar bölməsində yerləşdirilmişdir.
Azərbaycanda məişət və gender əsaslı zorakılıqla bağlı 860 Qaynar xətt fəaliyyət göstərir.
Habelə rayon ərazisində gender və məişət əsaslı zorakılıqla mübarizə ilə bağlı vətəndaşların aktiv fəaliyyət göstərməsi, şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin elektron ünvanı
(mail@pirallahi-ih.gov.az), elektron müraciəti
(pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu (qaynar xətt) 5565942 və rəqəmsal icra hakimiyyəti portalı
(rih.gov.az) fəaliyyət göstərir.
Sizə yaxın insanın (bir yerdə yaşadığınız ailə üzvünün, yaxın qohumunuzun, qanuni nikahda olmadığınız və ya əvvəlllər birgə yaşadığınız şəxsin) sizə qarşı hansı hərəkətlərini məişət zorakılığı kimi qiymətləndirirsiniz?
|
|
Zorakılıqdır
|
Zorakılıq deyil
|
Cavab verməkdə çətinlik çəkirəm
|
1.
|
Sizi təhqir edir və ya alçaldır
|
|
|
|
2.
|
Dostlərınız və qohumlarınız ilə görüşməyi qadağan edir, onlarla ünsiyyətə müdaxilə edir
|
|
|
|
3.
|
Sizə qışqırır, döyməklə qorxudur
|
|
|
|
4.
|
İşləməyi (iş axtarmağı), təhsil almağı və ya özünüzü peşəkar şəkildə realizə etməyi qadağan edir
|
|
|
|
5.
|
Döyür, fiziki ağrı yetirmənin fərqli üsullarlından istifadə edir (saçlarımdan dartır, boğazımı sıxır, qollarımı burur və s.)
|
|
|
|
6.
|
Lazımi əşyaları (yemək, geyim, ayaqqabı, gigiyena məhsulları və s.) almaq üçün pul vermir
|
|
|
|
7.
|
Uşaqları əsassız olaraq ciddi şəkildə cəzalandırır, uşaqları vurur
|
|
|
|
8.
|
Müxtəlif bəhanələrlə sizi (qohumlarınızı) daim tənqid edir
|
|
|
|
9.
|
Pulunuzu götürür, şəxsi pullarınıza müstəqil sərəncam verməyi qadağan edir
|
|
|
|
10.
|
Şəxsi həyata müdaxilə edir, qısqanır
|
|
|
|
11.
|
Cinsi istismara məruz qoyur
|
|
|
|