Bakı Şəhəri Pirallahı rayonunda qurumuş və qəzalı ağacların götürülməsi işləri aparılır
09 avqust 2024 | 12:32
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Pirallahı rayonu ərazisində müxtəlif ünvanlardakı qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təqdim edilən rəyə əsasən rayon ərazisində 104 ədəd müxtəlifcinsli ağac, o cümlədən, 92 ədəd şam, 10 ədəd sərv, 1 ədəd tut və 1 ədəd ayland cinsli yaşıllıqlar köküstə tam quruduğu üçün götürülməsi işləri Rayon İcra Hakimiyyətinin nəzarəti altında rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Pirallahı Rayon Yaşıllıq Sahəsi tərəfindən həyata keçirilir. Kəsilən ağaclar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.
Eyni zamanda, rayon ərazisində gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirilir. Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcəkdir.