Şriftin ölçüsü :

Saytın rəngi :

“Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” və “ Məişət zorakılığı ilə mübarizə ” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir

26 noyabr 2024 | 14:32
       26 noyabr 2024-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” və “Məişət zorakılığı ilə mübarizə”  mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı qəsəbə Məscidinin imamı Mübariz Rəhimov,  məktəbin müəllim kollektivi və valideynlər iştirak etmişdir.
     Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
       Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
       Eyni zamanda zorakılığın formaları, məişət zorakılığı, məişət zorakılığının subyektləri, yaratdığı fəsadlar və onunla mübarizə yolları barədə ətraflı məlumat verilmişdir. Habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmişə verilən mühafizə orderi haqqında danışılıb, məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilmiş və qarşısının alınması üçün respublikamızda görülən zəruri tədbirlərə nəzər salınmışdır.
       Daha sonra mövzular ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Keçidlər