Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Ailə Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi

15 may 2024 | 14:16
        Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində silsilə tədbirlər və yekun olaraq “Ailə Festivalı” keçirilməkdədir. Bu il də ənənəyə sadiq qalaraq Respublikamızın müxtəlif guşələrində, o cümlədən Bakı şəhərinin Pirallahı rayonunda 8-15 May tarixlərində  “Beynəlxalaq Ailə Günü” ilə əlaqədar bir sıra tədbirlər, o cümlədən, rəsm müsabiqələri, maarifləndirici dərslər, dəyirmi masalar, gül əkmə aksiyaları və şagirdlərin, müəllimlərin, valideynlərin iştirakı ilə müəssisədaxili tədbirlər keçirilmişdir. Tədbirlərdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə edilməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində çıxışlar edilmişdir.
         14 may 2024-cü il tarixdə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Ekoloji düşüncə ailədən başlayır” şüarı  altında ənənəvi Ailə Festivalı keçirildi.
       Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanovun, RİİB-in Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin layihə koordinatoru Aytac Əjdərlinin, digər rəsmi qonaqların, ziyalıların, media mənsublarının, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Pirallahı rayonunu təmsil edən on nümunəvi ailə də iştirak etdi.
       Tədbirdə çıxış edən Bahar Muradova, ailələri əlamətdar gün münasibətilə təbrik edərək, onlara rifah, xoşbəxtlik arzu edib. O, ailəni dövlətin, cəmiyyətin əsas özəyi, dünyaya göz açan hər kəsin tanış olduğu ilk sosial mühit adlandırıb. Dövlət ailə siyasətindən söz açan sədr, bu siyasətin əsasında insan və onun mənafeyi, rifahının dayandığını, cəmiyyətin inkişafına xidmət etdiyini qeyd edib.
       Rəngarəng çıxışlar və ifalarla davam edən festival uşaqlar üçün xüsusi yaddaqalan olub. Onlar xüsusi təşkil olunmuş guşələrdə xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s. müxtəlif ustad dərslərində iştirak edib, əyləncələrə qatılıblar.
       Festival konsert proqramı ilə davam edib.
Keçidlər