Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir

22 fevral 2023 | 18:23
      Pirallahı rayonunda yerləşən ümumtəhsil müəssisələrində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri və şagirdlər iştirak etmişlər.
    Tədbirlərdə çıxış edən natiqlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışmış, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar. Natiqlər şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açaraq qeyd etdilər ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Keçirilən tədbirlərin məqsədi ana dilimizi inkişaf etdirmək, ana dilimizə qarşı gələcək nəsillərdə sevgini artırmaqdır.
     Tədbirlərdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Keçidlər