Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün antiterror əməliyyatları zamanı şəhid olmuş kiçik leytenant Tural Cahangirovun doğum günüdür

01 iyul 2024 | 17:30
       İyulun 1-də Pirallahı rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan kiçik leytenant Tural Cahangirovun doğum günü qeyd edildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
       Mərasimdə çıxış edən natiqlər  bildirdilər ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
       Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
       Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik  leytenantı olan Cahangirov Tural Qələmhüseyn oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonunda şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən o, ölümündən sonra   “İgidliyə görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
         Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər