Şriftin ölçüsü :

Saytın rəngi :

"COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonumuzda silsilə tədbirlər həyata keçirilir

08 iyun 2024 | 13:48

     Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. 

     "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Bu il ərzində keçirilən ağacəkmə aksiyaları zamanı 1300-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir.

     Bundan əlavə, hal-hazırda Pirallahı qəsəbəsi Yavər Əliyev, Kamil Rzayev, Tural Cahangirov, Vüsal Babayev küçələrində geniş-miqyaslı yenidənqurma işləri aparılmaqdadır. Belə ki, yolboyu hasarlarda, yaşayış evləri və qeyri-yaşayış obyektlərində ümumi 2000 kv.m-ə qədər suvaq və rənglənmə işləri, həmçinin yararsız rabitə və işıq dirəklərinin sökülməsi, mövcud qaz xətlərinin korroziyaya davamlı boya ilə rənglənməsi, kommunikasiya qapaqlarının bərpası işləri həyata keçirilməkdədir.

     Qəsəbələr üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən gündəlik olaraq əsas magistral yolların kənarlarında yerləşən rayonun ümumi memarlıq görünüşünə xələl gətirən qeyri-yaşayış obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılır, təmir-bərpa işlərinin görülməsi onlara tövsiyə edilir. Bundan əlavə rayonun müxtəlif yerlərində "COP 29 BAKU",“Yaşıl dünya naminə həmrəylik ili”,  "Təbiəti düşün"  "Yer kürəsini qoruyaq", "Təbiəti qoruyaq" adlı banerlər quraşdırılmışdır. 

Keçidlər