Şriftin ölçüsü :

Saytın rəngi :

“Dilimiz varlığımızdır!”

21 fevral 2024 | 17:02
     21 Fevral 2024-cü il tarixdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən tam orta təhsil müəssisələrində “Beynəlxalq Ana dili günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və məktəblərin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi tədbirlərdə Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi, dilimizə olan dövlət qayğısı barədə məlumat verildi, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinin vacibliyi vurğulandı. Bununla yanaşı, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin çoxşaxəli xidmətləri haqqında geniş məlumat verildi. Vurğulandı ki, bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.
     Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirildi, şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söylədi, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar təqdim etdirildi.
Keçidlər