Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi

02 may 2024 | 11:23
       1 may 2024-cü il tarixdə Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin 2017 - 2024-cü ilədək fəaliyyətinə dair hesabat-seçki konfransı keçirilmişdir.
        Konfransda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva və rayon həmkarlar ittifaqı təşkilatının üzvləri iştirak etmişdir.
         Konfrans iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfrans öz işinə başlamışdır.
        Hesabat-seçki konfransı təsdiq edilmiş gündəliyə və reqlamentə uyğun olaraq aparılmışdır. Konfrans zamanı Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi sədrinin və Təftiş komissiyasının hesabat dövrü ərzində rayon həmkarlar ittifaqı təşkilatının fəaliyyəti ilə bağlı geniş məruzəsi dinlənilmiş, görülmüş işlərə qiymət verilərək qənaətbəxş hesab edilmiş və digər təşkilati məsələlərə baxılmışdır.  
        Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi sədri Samir Hüseynov DİİXİ Hİ-nın VII qurultayına nümayəndə seçilmişdir.
Keçidlər