“Dünya Azərbaycanlarının Həmrəylik günü” və “Yeni il” münasibətilə humanitar aksiya keçirildi
30 dekabr 2022 | 11:02
29 dekabr 2022-ci il tarixdə "Dünya Azərbaycanlarının Həmrəylik günü" və "Yeni il" münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə bayram sovqatı paylanmışdır.
Humanitar aksiya çərçivəsində 110 ailəyə yardım göstərilmişdir. Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.