Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlarının Həmrəylik günü” və “Yeni il” münasibətilə humanitar aksiya keçirildi

30 dekabr 2023 | 14:59
      Aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Heydər Əliyev Fondunun və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə həmin kateqoriyadan olan ailələrə bayram sovqatı paylanılmışdır.
     Humanitar aksiya çərçivəsində 50-dən çox ailəyə ərzaq yardım göstərilmişdir. Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər