Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş intellektual yarış keçirildi

21 dekabr 2023 | 16:03
     21 dekabr 2023-cü il tarixdə Pirallahı rayon Gənclər Mərkəzində Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, müəllimlər və şagirdlər iştirak etmişlər.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev komandalara uğurlar arzu edərək bildirmişdilər ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması, habelə vətənə məhəbbət hissinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tərbiyə olunmasından ibarətdir.
       İntellektual yarışın nəticələrinə görə 235 nömrəli tam orta məktəbin komandası birinci, 168 nömrəli tam orta məktəbin komandası  ikinci, 243 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər. Komandalar diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.
Keçidlər