Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi

07 oktyabr 2025 | 12:16
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 06.01.2025-ci il tarixli 1 nömrəli Sərəncamına, “Mülki müdafiə tədbirlər planı”na və digər normativ sənədlərə əsasən 2025-ci il 7 oktyabr tarixində Pirallahı rayon Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi.
       Məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, rayon kommunal xidmətləri, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub.
       Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.
        Məşq zamanı Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, həmçinin digər məsul şəxslər tərəfindən qüvvələrə baxış keçirilib.
        Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.
Keçidlər