“Gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” və “Uşaqların maraqlarına toxunan məsələlərdə hüquqi köməklik” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir
26 dekabr 2023 | 15:48
26 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə “Gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” və “Uşaqların maraqlarına toxunan məsələlərdə hüquqi köməklik” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Tibb Mərkəzinin həkimi, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbirdə çıxış edənlər mövzular ətrafında şagirdləri məlumatlandırmışlar.
Natiqlər qeyd etdilər ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşdı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin müsbət nəticələri bu gün beynəlxalq arenada da öz təsdiqini tapır.
Eyni zamanda, bildirildi ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” yaradılmışdır.
Daha sonra mövzularla əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.