Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkili” mövzusunda konfrans keçirilmişdir

28 fevral 2024 | 17:31
         Pirallahı rayonunda 28 fevral 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Gənclər arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkili” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
        Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
        Natiqlər qeyd etdilər ki, gənclərin sağlamlığı və idmanın təbliği istiqamətində görülən işlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı imzalandığı xüsusi proqramın tərkib hissəsidir. 
          Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi, onların elmi və intellektual potensialının inkişafı üçün ciddi təhsil və sosial islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılmasıdır. Təbii ki, bu da gənclərimizin qürur mənbəyinə çevrildiyi kimi həm də onların üzərinə mühüm vəzifələr qoyur. Qloballaşma dövründə milli maraqlara və dəyərlərə əsaslanan bu siyasət gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir.
       Sonda mövzu ətrafında müzakirələr aparılmış və gənclərə zərərli vərdişlərdən uzaq olmağı və sağlam həyat tərzini seçməyi tövsiyə edilmişdir.
Keçidlər