Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” və “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

13 fevral 2024 | 15:49
     13 fevral 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” və “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları , məktəbin müəllim və şagirdləri iştirak etdilər.
      Tədbirdə mövzular ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilmişdir.
    Natiqlər qeyd etmişdir ki, müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. 
    Eyni zamanda, məktəbin nümunəvi şagirdlərindən biri Leyla Rüstəmova çıxış edərək, şagird yoldaşlarına zərərli vərdişlərdən uzaq durmağın vacibliyini xatırlatdı.
       Daha sonra verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında şagirdlərlə açıq dialoq aparılmışdır.
Keçidlər