Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılıqla mübarizə” və “uşaqlarla düzgün davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

26 may 2023 | 16:16
      26 may 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Gender əsaslı zorakılıqla mübarizə” və “uşaqlarla düzgün davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Pirallahı Tibb Mərkəzinin nümayəndəsi, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
      Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırıblar.
       Çıxışçılar bildirdilər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. 
       Daha sonra məişət zorakılığının növləri və onunla mübarizə aparmaq yolları, qanunvericiliklə tənzimlənən hal və davranışlar izah olunmuşdur.
       Eyni zamanda, çıxışçılar qeyd etdilər ki, uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır.
      Daha sonra mövzularla  əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər