Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla mübarizə” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

20 fevral 2024 | 12:33
     20 fevral 2024-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıqla mübarizə ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Şəhriyar Zahidli, Pirallahı rayon Məscidinin imamı Mübariz Rəhimov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbirdə  çıxış edənlər mövzular ətrafında şagirdləri məlumatlandırmışlar.
    Tədbirdə natiqlər çıxışlar edərək gender bərabərliyinin müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən biri olduğunu, ailədaxili zorakılıqdan ən çox zərər çəkənlərin uşaqlar olduğu vurğulamışlar. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Dövlətin uğurlu siyasətinin nəticəsi olaraq bu istiqamətdə əsaslı nailiyyətlər əldə olunmuşdur.
      Bu sahədə gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirtmək üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulmuşdur”.
         Daha sonra mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

 

Keçidlər