Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

15 aprel 2026 | 15:27
       15 aprel 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pirallahı Tibb Mərkəzi” PHŞ-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, RİH başçısı Aparatının məsul əməkdaşları, eləcə də “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin kollektivi iştirak ediblər.
      Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
      Tədbiri giriş nitqi ilə açan başçının müavini Zülfiyyə Məmmədhüseynova görkəmli alimin həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, sıravi həkimlikdən akademik zirvəsinə yüksələn Zərifə Əliyevanın elmi araşdırmaları və alim kimi qazandığı uğurlar Azərbaycan tibb elmi tarixində xüsusi yer tutur. Onun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün nümunə olmaqla yanaşı, mənəviyyat və müdriklik məktəbidir. Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil edir və daim yüksək qiymətləndirilib. Qeyd olunub ki, Zərifə Əliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası olmaqla yanaşı, həm də zəngin ictimai fəaliyyəti ilə seçilib. Onun bu fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və inkişaf etdirilir.
      Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktor müavini Fəranə Gözəlova və həkim-oftalmoloq Gülnar Mirzəyeva bildiriblər ki, akademik Zərifə Əliyeva peşə xəstəliklərinin öyrənilməsi zamanı tibbi-geoloji amillərlə yanaşı, ictimai faktorların da nəzərə alınmasına xüsusi diqqət yetirib, bu sahədə mühüm tədqiqatlar aparıb. O, eyni zamanda oftalmologiyanın digər aktual istiqamətləri üzrə də elmi araşdırmalar həyata keçirib.
Keçidlər