Şriftin ölçüsü :

Saytın rəngi :

Günü-gündən gözəlləşən Bakı şəhəri Pirallahı rayonu

10 may 2024 | 16:31
     Respublikamızın bütün bölgələrdə olduğu kimi, Pirallahıda da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir.
      Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. “IDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən çox ağac, o  cümlədən  Eldar  şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad)  əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Qeyd olunmalıdır ki, aparılan bu işlər sakinlər tərəfindən hər zaman müsbət qarşılanır və görülən işlərə görə rayon əhalisi ölkə başçısı cənab İlham Əliyevə hər zaman öz minnətdarlıqlarını bildirirlər. 
Keçidlər